Bank Of Baku

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Azərbaycan Prezidenti İlham Əliyev

© APA | İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Azərbaycan Prezidenti İlham Əliyev

# 22 iyun 2026 16:33 (UTC +04:00)

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.

İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR