Bank Of Baku

ABŞ ordusunda ilk dəfə bir qadın general rütbəsinə yüksəlib- FOTO

ABŞ ordusunda ilk dəfə bir qadın general rütbəsinə yüksəlib- <font color=red>FOTO</font>
# 15 noyabr 2008 07:25 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ ordusunda ilk dəfə bir qadın general rütbəsinə yüksəlib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Enn Danvudi ABŞ tarixində dörd ulduzlu poqon taxan ilk qadın olub. O, ordunun maddi-texniki təminatı üzrə komandan vəzifəsinə təyin edilib. Bu münasibətlə Pentaqonda keçirilən təntənəli mərasimdə E. Danvudinin poqonuna ulduzları onun həyat yoldaşı Kreq Brotçi ilə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Corc Keysi taxıb. Mərasimdə ABŞ-ın İraqdakı qüvvələrinin komandanı, general David Petreus və digər yüksək rütbəli zabitlər iştirak ediblər.

E. Danvudi hərbi xidmətə 1975-ci ildə başlayıb. 1991-1992-ci ildə baş verən Körfəz savaşı zamanı 82-ci hava-desant diviziyasında xidmət edib. Onun atası da hərbçi olub və İkinci Dünya, Koreya və Vyetnam müharibələrində iştirak edib. Hazırda ABŞ ordusunda cəmi 21 general var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR