Bank Of Baku

SEPAH: Hörmüz boğazı bağlanıb

SEPAH: Hörmüz boğazı bağlanıb
# 20 iyun 2026 19:22 (UTC +04:00)

SEPAH Hərbi Dəniz Qüvvələri Livana hücumların davam etməsinə görə Hörmüz boğazının bağlandığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Livanda İsrailin hücumlarının davam etməsi və ABŞ-ın atəşkəsin təmin olunması ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, Hörmüz boğazı bağlıdır və gəmilər bu bölgəyə yaxınlaşmamalıdır. Əks halda onların təhlükəsizliyi risk altına düşəcək.

Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Xatəmül-Ənbiya qərargahı Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq Hörmüz boğazında gəmi hərəkətinin yenidən dayandırıldığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR