Bank Of Baku

Barak Obama Abdulla Gül və Mixail Saakaşviliyə zəng edib

Barak Obama Abdulla Gül və Mixail Saakaşviliyə zəng edib
# 18 noyabr 2008 07:58 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama bir sıra ölkələrin dövlət başçıları ilə telefon əlaqəsi saxlayıb. APA-nın məlumatına görə, B. Obamanın müvəqqəti qərargahının mətbuat xidməti onunla Türkiyə prezidenti Abdulla Gül, Gürcüstan prezidenti Mixail Saakaşvili və Filippin prezidenti Qloriya Makapaqal Arroyo arasında telefon danışığı olduğuna dair açıqlama yayıb. B. Obama adı çəkilən liderlərə prezident seçilməsi münasibətilə göndərdikləri təbrikə görə təşəkkür edib.
ABŞ-ın yeni vitse-prezidenti Co Bayden də öz növbəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, Kolumbiya prezidenti Alvaro Uribe, İspaniyanın baş naziri Xose Luis Sapatero, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə komissarı Havyer Solana və Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə telefonla danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR