Bank Of Baku

ABŞ-ın vitse-prezidenti mütəşəkkil cinayətkarlıqda ittiham olunur

ABŞ-ın vitse-prezidenti mütəşəkkil cinayətkarlıqda ittiham olunur
# 19 noyabr 2008 09:33 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan vitse-prezidenti Dik Çeyni və sabiq baş prokuror Alberto Qonsalesə qarşı “mütəşəkkil cinayətkar fəaliyyətlə məşğul olmaq” ittihamı irəli sürülüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Texas ştatının Uillasi dairəsinin Böyük Federal Jürisi tərəfindən irəli sürülən ittiham özəl həbsxanalarda insan haqları pozuntuları ilə bağlıdır. Söhbət 2001-ci ildə Uillasi həbsxanasında məhkumlardan birinin vəfatından gedir. İttihama əsasən vitse-prezidentin “Vanguard” sərmayə şirkəti vasitəsilə həbsxana biznesi ilə əlaqəsi olub. A. Qonsales isə vəzifəsindən sui-istifadə edərək həbsxanalarda yol verilən insan haqları pozuntularına dair təhqiqatları əngəlləməkdə suçlanır.

Qeyd edək ki, Böyük Jüri irəli sürülən ittihamların məqsədəuyğun olub-olmadığını müəyyənləşdirən orqandır. Ancaq məhkəmə bu ittihamları rədd edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR