Bank Of Baku

İnterpolun rəisi narkomafiya ilə əlaqədə ittiham olunur

İnterpolun rəisi narkomafiya ilə əlaqədə ittiham olunur
# 19 noyabr 2008 10:51 (UTC +04:00)
Mexiko – APA. Beynəlxalq polis təşkilatı İnterpolun Meksika bölməsinin rəisi Rikardo Qutyerres narkomafiya ilə əlaqəsi olduğu şübhəsi ilə həbs edilib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, R. Qutyerres “Beltran-Leyva” narkokarteli ilə əlaqədə ittiham olunur. Hökumət çoxlu sayda narkotik maddə alverçisi və cinayətkar qrupların fəaliyyət göstərdiyi Tixuana şəhərinə qoşun yeridib. 500 yerli polisin rolunu öz üzərinə götürən hərbçilər şəhərin ən kriminal rayonlarında patrul xidməti həyata keçirməyə başlayıblar. Daha 1,5 min yerli polis hərbçilərlə əvəzlənəcək. Meksika hökuməti Tixuana polisinin narkomafiya ilə əlaqəsi olduğundan şübhələnir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR