Bank Of Baku

ABŞ-ın müdafiə naziri Robert Geyts Barak Obama ilə çalışmağa razılıq verib

ABŞ-ın müdafiə naziri Robert Geyts Barak Obama ilə çalışmağa razılıq verib
# 26 noyabr 2008 07:25 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın müdafiə naziri Robert Geyts Barak Obamanın prezidentliyi dövründə də bu vəzifədə qalmağa razılıq verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, noyabrın 27-də qeyd olunacaq Şükranlıq Günündən sonra bu təyinatın açıqlanacağı gözlənilir. R. Geytsin əsas işinin ABŞ qoşunlarının İraqdan çıxarılmasına hazırlıq olacağı bildirilir.

ABŞ mediası digər gözlənilən təyinatlar haqda da xəbər yayıb. Yeni prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə ölkə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan general Ceyms Cons, BMT-dəki daimi nümayəndə postuna seçki kampaniyasında B. Obamanın xarici siyasət üzrə baş müşaviri olmuş Süzan Rays, Milli Kəşfiyyatın direktorluğuna ABŞ-ın Asiya-Sakit okean regionundakı qoşunlarının keçmiş komandanı, istefada olan admiral Dennis Bler, dövlət katibi Hillari Klintonun birinci müavinliyinə isə Bill Klintonun dövründə də çalışmış Ceyms Steynberq gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR