Bank Of Baku

Hillari Klinton ABŞ-ın dövlət katibi təyin olunub

Hillari Klinton ABŞ-ın dövlət katibi təyin olunub
# 02 dekabr 2008 07:28 (UTC +04:00)
Çikaqo-APA. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama ölkənin sabiq birinci xanımı (first lady) Hillari Klintonu dövlət katibi postuna təyin edib. APA-nın məlumatına görə, yeni prezident öz administrasiyasında əsas postların sahiblərinin adlarını açıqlayıb. Corc Buş hökumətində Pentaqona rəhbərlik edən Robert Qeyts öz vəzifəsini Barak Obama dövründə də davam etdirəcək. Yeni prezident NATO-nun Avropadakı qoşunlarının sabiq ali baş komandanı Ceyms Consu özünə milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin edib. Obama ədliyyə naziri postunu Erik Holderə, ABŞ-ın BMT-dəki nümayəndəsi vəzifəsini isə Syuzan Raysa həvalə edib. Sonuncu Bill Klintonun prezidentliyi dövründə dövlət katibinin köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, Barak Obamanın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR