Bank Of Baku

Robert Qeyts: “Vaşinqton Moskva ilə yeni “soyuq müharibə”yə başlamaqdan çəkinməlidir”

Robert Qeyts: “Vaşinqton Moskva ilə yeni “soyuq müharibə”yə başlamaqdan çəkinməlidir”
# 11 dekabr 2008 07:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər Pentaqon rəhbəri Robert Qeytsin məqaləsində öz əksini tapıb. ABŞ-ın yeni hərbi strategiyasının detallarının təhlil olunduğu məqalədə bildirilir ki, bu strategiya ölkənin digər dövlətlərin silahlı qüvvələrinin, o cümlədən Rusiya ordusunun hərbi çağırışlarına cavab verməyi bacarmalıdır: “Rusiyanın Gürcüstana adi silahlarla qəddarcasına hücumu mürəkkəb kiberhücumlar və əla koordinasiya olunmuş təbliğat kampaniyası ilə dəstəklənib”. Pentaqon rəhbəri Rusiya və Çinin öz müdafiə xərclərini artırdığını vurğulayıb: “Bu ölkələr xüsusilə raket hücumundan müdafiə və qırıcı aviasiya da daxil olmaqla bütün modernləşdirmə proqramlarını sürətləndirir, hətta bəzi hallarda Birləşmiş Ştatların göstəricilərinə belə yaxınlaşırlar. Rusiyanın tank və artilleriya qüvvələri Gürcüstanın cılız silahlı qüvvələrini darmadağın etdi. Lakin bu adi silahlar 90-cı illərlə müqayisədə xeyli təkmilləşsə də, sovet silahlarının kölgəsi olaraq qalmaqdadır”. Robert Qeyts Vaşinqtonu Moskva ilə yeni “soyuq müharibə”yə başlamaqdan çəkinməyə çağırıb: “Çünki Moskva artıq qlobal hegemonluq ideologiyasını rəhbər tutmur. Rusiyanın istəyi keçmişdə alçaldılmasının əvəzini çıxmaq və yaxın xaricdə öz təsir dairəsini bərpa etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR