Bank Of Baku

Con Kerri Gürcüstana gəlir

Con Kerri Gürcüstana gəlir
# 12 dekabr 2008 16:34 (UTC +04:00)
Tiflis – APA. Dekabrın 13-də məşhur ABŞ senatoru, prezidentliyə keçmiş namizəd Con Kerri Gürcüstana səfər edəcək. APA-nın “Qruziya Onlayn” saytına istinadən verdiyi məlumata görə, C. Kerri prezident Mixail Saakaşvili, baş nazir Qriqol Mqaloblişvili, müxalifət liderləri və parlament üzvləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr və cari siyasi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, demokrat Con Kerri gələn ildən Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR