Bank Of Baku

BMT Baş Assambleyasının sədri ölümlə hədələnir

BMT Baş Assambleyasının sədri ölümlə hədələnir
# 16 dekabr 2008 09:49 (UTC +04:00)
Nyu-York – APA. BMT-nin Təhlükəsizlik Xidməti və ABŞ hüquq-mühafizə orqanları təşkilatın Baş Assambleyasının sədri Migel d’Eskoto Brokmanın elektron ünvanına daxil olan ölüm hədələrini araşdırır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Baş Assambleyanın rəsmi nümayəndəsi Enrike Yeves Migel Brokmanın həyatına ciddi təhdidlər olduğunu deyib. O, faktların araşdırılması üçün ABŞ hakimiyyət orqanlarına müraciət etdiklərini bildirib. Rəsmi təmsilçi assambleya sədrinin İsrail əleyhdarı olduğuna görə hədələndiyi iddialarını təkzib edib.

Qeyd edək ki, sabiq din adamı Migel d’Eskoto Brokman 1980-ci illərdə Daniel Orteqanın hakimiyyəti dövründə Nikaraquanın xarici işlər naziri vəzifəsində çalışıb. O, ABŞ-ın siyasətini tənqid etməsi ilə tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR