Bank Of Baku

Barak Obama respublikaçı konqresmeni nəqliyyat naziri təyin edəcək

Barak Obama respublikaçı konqresmeni nəqliyyat naziri təyin edəcək
# 18 dekabr 2008 09:46 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın yeni prezidenti Barak Obama respublikaçı konqresmen Rey Lahudu nəqliyyat naziri təyin etmək fikrindədir. APA-nın məlumatına görə, Rey Lahud Obama administrasiyasında təmsil olunan ikinci respublikaçı olacaq. Bundan əvvəl Barak Obama respublikaçı Robert Qeytsi müdafiə naziri postunda saxlayıb. Konqresdə İllinoys ştatını təmsil edən Rey Lahud 13 ildir ki, qanunverici orqanda təmsil olunur. Son seçkilərə qatılmayan Lahudun Konqresdəki səlahiyyət müddəti bu il başa çatır. Livanlı mühacir ailəsinin övladı olan Lahid katolik məktəblərində dərs deyib və İllinoys qanunvericilik assambleyasının üzvü olub. O ABŞ ictimaiyyəti arasında sabiq prezident Bill Klintonun impiçment prosedurunda iştirakı ilə şöhrət tapıb. Rey Lahud yeni vəzifədə ölkənin avtomobil və dəmir yollarına və hava nəqliyyatının hərəkətinə cavabdehlik daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR