Bank Of Baku

Corc Buş Mixail Saakaşvili ilə birlikdə başqa ölkələr üçün siyasi liderlər yetişdirmək niyyətindədir

Corc Buş Mixail Saakaşvili ilə birlikdə başqa ölkələr üçün siyasi liderlər yetişdirmək niyyətindədir
# 19 dekabr 2008 09:54 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Corc Buş hakimiyyətdən getdikdən sonra Dallasda Azadlıq İnstitutu yaratmaq və oraya məşhur siyasətçiləri dəvət edərək başqa ölkələr üçün siyasi liderlər yetişdirmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Dana Perino C. Buşun təlimçi qismində dəvət etmək istədiyi liderlərdən birinin Gürcüstan prezidenti Mixail Saakaşvili olduğunu açıqlayıb: “Prezident Saakaşvili kimi insanları dəvət etmək və gələcək liderlərə təlim keçmək istəyir”. D. Perino C. Buşun Böyük Britaniya və İspaniyanın keçmiş baş nazirləri Toni Bleyr və Xose Mariya Asnarı da dəvət etmək istədiyini söyləyib. M. Saakaşvili haqqında danışan D. Perino onun ABŞ-da təhsil aldığını və geri dönərək ölkəsində demokratiya qurmağa çalışdığını, güclü əks-təsirlə qarşılaşsa da, stressli durumlara yaxşı dözdüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR