Bank Of Baku

Miqrantları qətlə yetirmiş amerikalıya 120 il iş verilib

Miqrantları qətlə yetirmiş amerikalıya 120 il iş verilib
# 21 dekabr 2008 11:06 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Corciya ştatının dairə məhkəməsi Meksikadan olan 6 nəfəri qətlə yetirmiş amerikalıya ömürlük həbs hökmü çıxarıb. APA-nın “FOX News”-a istinadən verdiyi məlumata görə, Ceymi Andervud hökmdən şikayət vermək hüququndan məhrum edilməklə, 120 il müddətinə azadlıqdan məhrum edilib.

C. Andervud cinayəti 2005-ci ildə törədib. O, üç nəfərlə birlikdə qarət məqsədilə miqrant ailələrinin evlərinə basqın edib. İstintaqın məlumatına görə, basqın nəticəsində altı meksikalı öldürülüb, altısı isə ağır xəsarətlər alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR