Bank Of Baku

Kaliforniyada “Santa Klaus” 8 nəfəri, sonra isə özünü öldürüb

Kaliforniyada “Santa Klaus” 8 nəfəri, sonra isə özünü öldürüb
# 26 dekabr 2008 08:22 (UTC +04:00)
Los-Anceles-APA. Kaliforniyada keçirilən Yeni il şənliyində faciəvi hadisə baş verib. APA-nın məlumatına görə, Santa Klaus qiyafəsində ziyafətə gələn 45 yaşlı Bryus Pardo ziyafətdəki insanlara tapançadan atəş açıb. Atəş nəticəsində ən azı 8 nəfər ölüb. Daha sonra “Santa Klaus” şənlik keçirilən evi yandırıb. Hadisədən bir neçə saat sonra qatil “Santa Klaus”un cəsədi qardaşının evindən tapılıb. Onun intihar etdiyi bildirilir. Hələlik cinayətin motivləri məlum deyil. Bəzi məlumatlara görə, öldürülənlər arasında Pardonun keçmiş həyat yoldaşı da olub. Bu səbəbdən cinayətin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR