Bank Of Baku

ABŞ-ın ən yaşlı vətəndaşı 113 yaşında vəfat edib - FOTO

ABŞ-ın ən yaşlı vətəndaşı 113 yaşında vəfat edib - <font color=red>FOTO</font>
# 29 dekabr 2008 07:19 (UTC +04:00)
Bakı – APA. Amerikanın ən yaşlı vətəndaşı – Kaliforniya ştatının sakini Corc Frensis (George Francis) 113 yaşında vəfat edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 1896-cı il iyunun 6-da anadan olmuş C. Frensis 112 il 204 gün ömür sürüb.

81 yaşlı oğlunun bildirdiyinə görə, C. Frensis 1 dəfə ailə qurub. Ondan 5 yaş kiçik olan həyat yoldaşı 1964-cü ildə dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 28-nə olan məlumata görə, hazırda dünyanın ən yaşılı sakininin - Mariya de Jezuşun yaşı 115 il 109 gündür. Bu şəxslərin yaşı sənədlə təsdiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR