Bank Of Baku

Hollivud ulduzu Con Travoltanın oğlu ölüb

Hollivud ulduzu Con Travoltanın oğlu ölüb
# 03 yanvar 2009 11:18 (UTC +04:00)
Bakı – APA. Məşhur Hollivud ulduzu Con Travoltanın oğlu Baham adalarında istirahət zamanı vəfat edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Travolta ailəsinin nümayəndəsi Maykl Ossi (Michael Ossi) bildirib ki, yanvarın 2-də ailə Baham adasındakı otellərdən birində istirahət edərkən, Cet Travoltanın (Jett Travolta) səhhəti qəfildən pisləşib.

İlkin tibbi yardım göstərilsə də, 16 yaşlı gənci xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Polis isə C. Travoltanın vannadan yıxılaraq öldüyünü bildirib.

Qeyd edək ki, C. Travolta və aktrisa Kelli Preston cütlüyünün Cetdən başqa, 2000-ci ildə doğulmuş Ella Blu (Ella Blue) adlı bir qızı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR