Bank Of Baku

ABŞ-da vertolyot qəzası nəticəsində 8 nəfər ölüb

ABŞ-da vertolyot qəzası nəticəsində 8 nəfər ölüb
# 05 yanvar 2009 07:41 (UTC +04:00)
Luiziana-APA. ABŞ-ın Luiziana ştatında vertolyotun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. APA-nın məlumatına görə, hadisə Bakı vaxtı ilə 00.30 radələrində Terrebon dairəsində baş verib. Qəzaya uğrayan vertolyot PHİ şirkətinə məxsus olub, bu şirkətin xidmətlərindən xəstəxanalar, neft və qaz hasilatı ilə məşğul olan şirkətlər istifadə edirlər. Qəzanın baş verdiyi yer dəqiq məlum deyil. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. Qeyd edək ki, ötən ilin iyununda Texasda PHİ şirkətinə məxsus tibbi vertolyotun qəzaya uğraması nəticəsində pilot, iki həkim və xəstəxanaya çatdırılmalı olan xəstə həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR