Bank Of Baku

Barak Obama Qəzzada baş verənlərə münasibət bildirməməsinin səbəblərini açıqlayıb

Barak Obama Qəzzada baş verənlərə münasibət bildirməməsinin səbəblərini açıqlayıb
# 06 yanvar 2009 09:18 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Qəzzada baş verənlərə münasibət bildirmək istəməyib. APA-nın məlumatına görə, B Obama amerikalı jurnalistlərin bu mövzuda sualına cavabında Qəzzadakı durumu yaxından izlədiyini və Buş hökumətinin nümayəndələri ilə əlaqə saxladığını deyib. Amma o, hazırda ABŞ-da bir prezidentin olduğunu bildirib: “Xarici siyasət mövzularında iki fərqli kanaldan səs çıxması doğru olmaz”.

Qeyd edək ki, B. Obama yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR