Bank Of Baku

Barak Obama Konqresi ABŞ iqtisadiyyatının xilası üçün hazırladığı planı gecikmədən dəstəkləməyə çağırıb

Barak Obama Konqresi ABŞ iqtisadiyyatının xilası üçün hazırladığı planı gecikmədən dəstəkləməyə çağırıb
# 10 fevral 2009 07:58 (UTC +04:00)
Vaşinqton – APA. Barak Obama prezident kreslosuna əyləşdikdən bəri ilk mətbuat konfransını keçirib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, B. Obama Konqresi ABŞ iqtisadiyyatının xilası üçün hazırladığı planı gecikmədən dəstəkləməyə çağırıb: “Mən Konqresin bütün üzvlərini gecikmədən hərəkət etməyə və bütün fikir ayrılıqlarını aşaraq bu həftə planı qəbul etməyə çağırıram”. B. Obama bildirib ki, plan ideal olmasa da, əlavə 4 milyon iş yeri yaratmağa kömək etməlidir. O, yeni iş yerlərinin 90%-nin özəl sektorda yaradılacağını söyləyib. Dövlət başçısı yol və körpülərin təmiri, alternativ enerji mənbələrinin işlənib hazırlanması kimi strateji layihələrə maddi vəsait ayrılacağını deyib.
Qeyd edək ki, B. Obamanın planı ABŞ iqtisadiyyatına 838 milyard dollar maddi dəstək verilməsini nəzərdə tutur. Bu məbləğin 500 milyard dollardan çoxu birbaşa sərmayə qoyuluşlarına, qalanı isə biznes üçün vergi güzəştlərinə sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR