Bank Of Baku

Barak Obama: “İranın nüvə proqramı və terrorçu təşkilatlara sponsorluq etməsi bu ölkə ilə aparacağımız danışıqlarda qaldırılacaq”

Barak Obama: “İranın nüvə proqramı və terrorçu təşkilatlara sponsorluq etməsi bu ölkə ilə aparacağımız danışıqlarda qaldırılacaq”
# 10 fevral 2009 08:45 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ prezidenti Barak Obama Rusiyaya nüvə arsenalının qarşılıqlı ixtisarı ilə bağlı yeni müqavilə imzalamağı təklif edib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, prezident kreslosuna əyləşdikdən bəri ilk mətbuat konfransını keçirən B. Obama bildirib ki, strateji hücum silahlarının məhdudlaşdırılması barədə müqavilənin imzalanması dünyada nüvə silahının yayılmasının qarşısının alınmasında mühüm rol oynaya bilər: “Mən Rusiya prezidenti Dmitri Medvedevə demişəm ki, nüvə arsenallarımızın ixtisarı barədə danışıqları bərpa etmək çox vacibdir”. B. Obamanın fikrincə, Yaxın Şərqdə nüvə silahının ortaya çıxması çox böyük təhlükələr ehtiva edir. O, konkret ölkə adı çəkməsə də, AFP Yaxın Şərqdə nüvə silahına malik yeganə ölkənin ABŞ-ın ən yaxın müttəfiqi İsrail olduğunu xatırladıb. İranın nüvə silahı yaratmaq cəhdlərinə toxunan B. Obama yaxın vaxtlarda bu ölkə ilə birbaşa danışıqların başlanacağına ümid etdiyini söyləyib. O, Corc Buşun İran siyasətini məhsuldar saymadığını və iki ölkə münasibətlərinə yenidən baxacaqlarını vurğulayıb. Prezident İranın nüvə proqramının ABŞ-da narahatlıq doğurduğunu, bu ölkənin terrorçu təşkilatlara sponsorluq etdiyini də təkrarlayaraq bu mövzuların də danışıqlarda qaldırılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR