Bank Of Baku

ABŞ prezidentinə sui-qəsd etməyə hazırlaşan 64 yaşlı şəxs həbs olunub

ABŞ prezidentinə sui-qəsd etməyə hazırlaşan 64 yaşlı şəxs həbs olunub
# 11 fevral 2009 08:12 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Konqresinin binasında silahlı şəxs həbs olunub. APA-nın məlumatına görə, əslən Luizianadan olan 64 yaşlı Alfred Brok Kapitoliyanın giriş qapısına yaxınlaşaraq prezident Barak Obama üçün xüsusi qutu gətirdiyini bildirib. Brok mühafizəçilərə maşınının yük yerində silah olduğunu etiraf edib. Bu etirafdan sonra Alfred Brok həbs olunaraq polis məntəqəsinə aparılıb. Axtarış zamanı Brokun avtomobilində lüləsi kəsik tüfəng və patronlar aşkarlanıb. Saxlanan şəxsə qarşı qanunsuz silah-sursat saxlamaq maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanları prezidentə qarşı düşmənçilik niyyətini gizlətməyən bir neçə nəfəri də həbs edib. Bir neçə ay əvvəl prezidentə sui-qəsd etməyə hazırlaşan Viskonsin ştatının sakini, 2008-ci ilin sonlarında isə prezidentin qətlinə hazırlıqla bağlı 56 yaşlı Havay sakini tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR