Bank Of Baku

“İnterpol” ən təhlükəli 85 terrorçunun siyahısını açıqlayıb

“İnterpol” ən təhlükəli 85 terrorçunun siyahısını açıqlayıb
# 11 fevral 2009 08:19 (UTC +04:00)
Nyu-York-APA. “İnterpol” terrorçu fəaliyyətlə məşğul olan 85 şübhəli şəxsin siyahısını dərc edib. APA-nın məlumatına görə, bu siyahı əvvəl Səudiyyə Ərəbistanı hakimiyyət orqanları tərəfindən də açıqlanıb. “İnterpol”un siyahısında adı açıqlanan terrorçulardan 83-ü Səudiyyə Ərəbistanı, 2-si Yəmən vətəndaşıdır. “İnterpol” ilk dəfə olaraq bu qədər geniş bir siyahı açıqlayıb və terrorçuların hədəfi ola biləcək obyektlərə nəzarətin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına xəbərdarlıq edib. Təşkilatın nümayəndələri hesab edir ki, siyahıda adları olan şəxslərin əksəriyyəti hazırda İraq və Əfqanıstan ərazisindədir. Səudiyyə Ərəbistanı hakimiyyət orqanları bu şəxsləri könüllü təslim olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR