Bank Of Baku

Sibir səmasında Rusiya və ABŞ-ın süni peykləri toqquşub

Sibir səmasında Rusiya və ABŞ-ın süni peykləri toqquşub
# 12 fevral 2009 07:51 (UTC +04:00)
Sibir-APA. Sibirin şimal hissəsində yerdən 790 kilometr hündürlükdə iki süni peyk toqquşub. APA-nın məlumatına görə, bu, kosmosda süni peyklərin toqquşmasına dair ilk faktdır. ABŞ Silahlı Qüvvələri Birləşmiş Strateji Komandanlığının nümayəndəsi Maykl Keri bildirib ki, 1993-cü ildə səmaya buraxılmış və 10 il əvvəl istifadədən çıxarılmış “Kosmos 2251” süni peyki ilə Amerikanın “İridium” rabitə əlaqəsi şirkətinin kommersiya peyki toqquşub. Toqquşma nəticəsində peyklər təqribən 600 hissəyə parçalanıb, onların böyük əksəriyyəti əvvəlki orbitində qalır. Hər iki peykin çəkisi ayrı-ayrılıqda 450 kiloqram olub. Toqquşmanın təsadüfən baş verdiyi bildirilir, bu, kosmosda peyklərin toqquşmasına dair ilk haldır. NASA təmsilçisi Nikolas Conson peyklərin tullantılarının Qitələrarası Kosmik Stansiya üçün təhlükə törətmədiyini, stansiyanın iri qalıqlarla toqquşmadan qaça biləcəyini bildirib. Onun sözlərinə görə, ən böyük təhlükəni peyklərin kiçik qırıntıları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR