Bank Of Baku

Mayk Taysonun 4 yaşlı qızı ölüb

Mayk Taysonun 4 yaşlı qızı ölüb
# 27 may 2009 07:26 (UTC +04:00)
Bakı – APA. Tanınmış boksçu Mayk Taysonun 4 yaşlı qızı İksodes Tayson bədbəxt hadisə nəticəsində dünyasının dəyişib. APA-nın AP-yə istinadən verdiyi məlumata görə, İ. Tayson mayın 25-də Arizona ştatının Finiks şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Qeyd edək ki, 4 yaşlı qız evdə qaçış xalçası üzərində oynayarkən trenajorun məftili onun boynuna keçib. Hadisə baş verərkən qız tək olub. Yalnız bir müddətdən sonra qardaşı hadisədən xəbər tutub və qonşu otaqdakı anasına xəbər verib.

Qadın dərhal xilasetmə xidmətini çağırıb və uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirib, süni nəfər aparatına qoşublar. Polisin qənaətinə görə, hadisə faciəli təsadüf nəticəsində baş verib.

M. Tayson həmin vaxt Las-Veqasda olub və hadisədən xəbər tutan kimi Finiksə gəlib. Lakin həkimlərin səyinə baxmayaraq, 4 yaşlı İksodesi xilas etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR