Bank Of Baku

“Google” erməniləri qəzəbləndirib

“Google” erməniləri qəzəbləndirib
# 03 iyun 2009 12:41 (UTC +04:00)
Vaşinqton – APA. İnternetdə ən böyük axtarış və elan şəbəkələrindən biri olan “Google” ABŞ-dakı erməni diasporasını qəzəbləndirib. APA-nın xəbərinə görə, Amerika Erməni Milli Komitəsinin (Armenian National Committee of America-ANCA) yaydığı açıqlamaya əsasən “Google”da “Erməni soyqırımı”, “Ermənistan”, “Erməni” sözlərini axtarışa verənlər ABŞ-dakı ən güclü türk lobbi qurumlarından biri olan Amerika Türk Koalisiyasının (Turkish Coalition of America-TCA) saytına yönləndirilir və “Don’t be evil” (Şeytana uyma) elanı ilə qarşılaşır. ANCA “Google” idarəçilərini soyqırımı inkar edən psixoloji hücum kampaniyasına dəstək verməkdə ittiham edib və bütün erməniləri axtarış şəbəkəsinin icraçı direktoru Erik E. Şmidtə etiraz məktubu göndərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR