Bank Of Baku

Barak Obama: “Qərblə islam dünyası arasındakı fikir ayrılığı sona yetməlidir”

Barak Obama: “Qərblə islam dünyası arasındakı fikir ayrılığı sona yetməlidir”
# 04 iyun 2009 14:50 (UTC +04:00)
Bakı – APA. ABŞ prezident Barak Obama Misirin Qahirə Universitetində tarixi nitq söyləyib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dünya müsəlmanlarına müraciət edən B. Obama onların münasibətlərin yeni erasına başlamağa çağırıb və bildirib ki, Qərblə islam dünyası arasındakı fikir ayrılığı sona yetməlidir: “Mən bura yeni qarşılıqlı fəaliyyət imkanları axtarmaq üçün gəlmişəm. Başa düşürəm ki, bu cür dəyişikliklər bir günə baş verə bilməz və heç bir nitq uzun illər hökm sürmüş inamsızlığı aradan qaldırmaz. İrəliyə doğru hərəkət etmək üçün biz bir-birimizə açıq olmalıyıq və bir-birimizdən öyrənməliyik. Amerika və islam bir-birini istisna edən qüvvələr deyil və rəqabət aparmamalıdır”.
B. Obama ABŞ-a və dünyaya təhlükə törədən ekstremizmlə açıq müharibəni davam etdirəcəklərini də bəyan edib: “Biz dinc insanların öldürülməsini qəbul etməyəcəyik. Günahsız insanı öldürən bütün insanlığı öldürür, bir insanı xilas edən də bütün insanlığı xilas edir”.
ABŞ prezidenti fələstinlilərin öz müstəqil dövlətlərinə sahib olmaq cəhdlərinə heç vaxt arxa çevirməyəcəklərini söyləyib, eyni zamanda onları zorakılıqdan imtina etməyə çağırıb. Onun fikrincə, iki dövlətin mövcudluğu Fələstin probleminin yeganə həlli yoludur. B. Obama ABŞ -ın Yaxın Şərqdəki başlıca müttəfiqi İsraillə münasibətlərinin dəyişməz olduğunu da əlavə etməyi unutmayıb.
İranın nüvə proqramı probleminə toxunan B. Obama bu ölkənin dinc atomu inkişaf etdirmək hüququna malik olduğunu vurğulayıb, bununla yanaşı, Tehranın nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmasını zəruri sayıb. O, İranın uzun illər ABŞ-ın düşməni olaraq qaldığını xatırladıb: “Ancaq keçmişdə qalmaq yerinə, gələcəyə baxmaq lazımdır”. Dövlət başçısı qeyd edib ki, söhbət nüvə silahından gedirsə, fərqli qərar ola bilməz: “Bu mövzu təkcə Amerikanın maraqları ilə əlaqəli deyil, birbaşa Yaxın Şərqdə nüvə silahlanmasının qarşısının alınması ilə bağlıdır”.
Qeyd edək ki, B. Obama Misirdən əvvəl Səudiyyə Ərəbistanında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR