Bank Of Baku

BMT-nin baş katibi Barak Obamanın islam dünyasına çağırışını yüksək qiymətləndirib

BMT-nin baş katibi Barak Obamanın islam dünyasına çağırışını yüksək qiymətləndirib
# 05 iyun 2009 07:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun Barak Obamanın iyunun 4-də Qahirə Universitetindəki çağırışından sonra islam dünyası ilə ABŞ-ın münasibətlərində yeni mərhələ açılacağına və bu çıxışın Yaxın Şərq sülh prosesinə müsbət təsir göstərəcəyinə ümid bəsləyir. APA-nın xəbərinə görə, bu bəyanatla BMT baş katibinin mətbuat katibi Mişel Montas çıxış edib. O bildirib ki, baş katib ABŞ prezidentinin nitqini mədəniyyətlərarası fikir ayrılıqlarının aradan qaldırılmasında önəmli addım kimi qiymətləndirir ki, BMT-nin əsas vəzifələrindən biri də məhz budur: “Bu, bizim ümumi vəzifəmizi – dözümlülük göstərmək və mehriban qonşuluq şəraitində yaşamaq vəzifəsini təsdiqləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR