Bank Of Baku

Atlantik okeanı üzərində qəzaya uğramış “A-330” təyyarəsinin 17 sərnişininin cəsədi tapılıb

Atlantik okeanı üzərində qəzaya uğramış “A-330” təyyarəsinin 17 sərnişininin cəsədi tapılıb
# 08 iyun 2009 07:07 (UTC +04:00)
APA-nın AP-yə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya Hərbi Komandanlığından bildirilib.

Braziliya Hərbi Hava Qüvvələrinin polkovniki Enri Munyosun (Henry Munhoz) sözlərinə görə, axtarışda iştirak edən gəmilərdən biri 4 kişi və 4 qadının cəsədi aşkarlayıb. Cəsədlər gəminin göyərtəsinə qaldırılıb. Tapılmış digər cəsədlər isə hələlik identifikasiya olunmayıb. E. Munyos onu da bildirib ki, təyyarənin bəzi qalıqları da tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, iyunun 1-də Braziliyanın Rio-de-Janeyro beynəlxalq aeroportundan qalxan və Parisin Şarl de Qol aeroportuna enməli olan “Air France” şirkətinə məxsus təyyarə Atlantik okeanı üzərində radarlardan itib. Təyyarənin göyərtəsində 228 nəfər olub. Axtarışlar yalnız 1 həftə sonra nəticə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR