Bank Of Baku

Mayk Tayson üçüncü dəfə evlənib

Mayk Tayson üçüncü dəfə evlənib
# 10 iyun 2009 07:09 (UTC +04:00)
Bakı – APA. Məşhur boksçu Mayk Tayson üçüncü dəfə evlənib. APA-nın AP-yə istinadən verdiyi məlumata görə, 42 yaşlı M. Tayson 32 yaşlı Lakiha Spayserlə (Lakiha Spicer) ailə qurub.

Nikah mərasimi Las Veqasdakı “La Bella Wedding” kilsəsində baş tutub.

Qeyd edək ki, iki həftə əvvəl M. Taysonun 4 yaşlı qızı İksodes (Exodus) faciəli şəkildə dünyasını dəyişib. Onun boynuna qaçış xalçasının trosu keçərək, həyatına son qoyub.

Balaca İksodesin anası isə Taysonun sevgililərindən biridir. Onlar rəsmi evli olmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR