Bank Of Baku

ABŞ Rusiya ərazisində radar yerləşdirə bilər

ABŞ Rusiya ərazisində radar yerləşdirə bilər
# 10 iyun 2009 08:15 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Robert Geyts Senatın büdcə ayırmaları komitəsindəki çıxışında deyib. O, Vladimir Putinlə görüşünə istinadən bildirib ki, Rusiya ərazisində ABŞ radarı və ya məlumat mübadiləsi mərkəzinin yerləşdirilməsi də müzakirə olunan variantlar arasındadır. Görüşün vaxtı və məkanı haqda danışmayan R. Geyts həmin vaxt V. Putinin prezident olduğunu söyləyib. Nazirin sözlərinə görə, V. Putin həmin görüşdə İranın 2020-ci ilə qədər Qərbi Avropa və Rusiya ərazisinin böyük hissəsini vura biləcək raket yaratması ehtimalını rədd edib: “Bunda sonra o, mənə Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış xəritə göstərdi. Məni isə ona tövsiyə etdim ki, yeni təhlükəsizlik xidməti yaratsın. Faktdır ki, ruslar səhv etdiklərini və bizim İrandan qaynaqlanan mümkün təhlükə barədə xəbərdarlığımızın doğruluğunu etiraf etdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR