Bank Of Baku

Göyərtəsində yanğın baş verən “Boeing” təyyarəsi Kanada aeroportuna məcbur eniş edib

Göyərtəsində yanğın baş verən “Boeing” təyyarəsi Kanada aeroportuna məcbur eniş edib
# 10 iyun 2009 10:01 (UTC +04:00)
Ottava-APA. Nyu-Yorkdan Sürixə uçan, göyərtəsində 194 sərnişin və 12 heyət üzvü olan təyyarə Kanadanın “Qalifaks Stenfild” aeroportuna məcburi eniş edib. APA-nın məlumatına görə, təyyarənin məcbur eniş etməsinə səbəb ayaqyolunda baş verən yanğın olub. Pilot dispetçerə quyruq hissədəki ayaqyolu kabinəsində tüstülənmə qeydə alındığını xəbər verib və məcburi eniş üçün icazə istəyib. Təyyarə Kanada aeroportuna uğurla enməyə müvəffəq olub. Sərnişinlərdən birinin səhhəti pisləşdiyinə görə hospitala göndərilib. “American Airlines” şirkəti reysi həyata keçirmək üçün Kanadaya başqa bir “Boeing 767-300” təyyarəsi göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR