Bank Of Baku

Barak Obama: “Musəvi ilə Əhmədinejat arasında elə də böyük fərq yoxdur”

Barak Obama: “Musəvi ilə Əhmədinejat arasında elə də böyük fərq yoxdur”
# 17 iyun 2009 07:41 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama CNBC telekanalına müsahibəsində İrandakı prezident seçkilərini dəyərləndirib. APA-nın xəbərinə görə, B. Obama bildirib ki, seçkilərdə islahatçı namizəd Mirhüseyn Musəvi qələbə çalsaydı belə, onun siyasi kursu Mahmud Əhmədinejatın siyasi kursundan ciddi şəkildə fərqlənməyəcəkdi: “Onların siyasətində fərq deyildiyi qədər böyük deyil”. B. Obamanın fikrincə, İran dövlətinin başında kimin dayandığı önəmli deyil və ABŞ istənilən halda İranla münasibətləri düzəltməyə çalışacaq. O bəyan edib ki, İranın daxili işlərinə müdaxilə nə demokratiyaya, nə də ABŞ-ın imicinə fayda verməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR