Bank Of Baku

Pentaqon raket hücumundan müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq planlarını açıqlayıb

Pentaqon raket hücumundan müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq planlarını açıqlayıb
# 17 iyun 2009 10:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ABŞ-ın müdafiə nazirinin müavini Uilyam Linn Rusiyanın Amerikanın raket hücumundan müdafiəsinə qoşulması haqqında Pentaqonun planları barədə Konqresdə məruzə edib. APA-nın «The Washington Post»a istinadən verdiyi məlumata görə, U. Linn bildirib ki, Pentaqon Avropanı İranın raket təhlükəsindən müdafiə etmək məqsədilə Rusiyanın iki radar kompleksindən istifadə imkanlarını müzakirə edir.

U. Linn bununla bağlı iki ölkə arasında əməkdaşlıq planının hələlik təsdiqlənmədiyini vurğulayıb. O deyib ki, raket hücumundan müdafiə sistemi yaradılarkən Rusiyanın Armavir və Qəbələdə yerləşən RLS-lərindən səmərəli istifadə edilə bilər.

Qeyd edək ki, müdafiə naziri Robert Geyts də bir müddət əvvəl Rusiya obyektlərindən istifadə edilmə imkanlarının gündəmdə olduğunu açıqlayıb. Rusiya isə bəyan edib ki, Vaşinqton hələlik heç bir konkret təklif irəli sürməyib.

Xatırladaq ki, Vladimir Putin hələ Rusiya prezidenti olan zaman ABŞ prezidenti Corc Buşa Çexiya və Polşada yaradılacaq obyektlərin alternativi kimi bu iki radardan birgə istifadəni təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR