Bank Of Baku

Corc Buş ilk dəfə olaraq Barak Obamanı tənqid edib

Corc Buş ilk dəfə olaraq Barak Obamanı tənqid edib
# 18 iyun 2009 10:28 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş ilk dəfə olaraq indiki dövlət başçısı Barak Obamanı tənqid edib. APA-nın “The Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, C. Buş Pensilvaniya ştatının Eri şəhərindəki çıxışında B. Obamanın iqtisadi kursunu pisləyib və onun yeni ümummilli səhiyyə sisteminin yaradılması ilə bağlı islahat planına qarşı çıxıb. Terrorçuluqla mübarizəyə toxunan Buş, onun dövründə yaxalanan terrorçuların dindirilməsi zamanı sərt metodların tətbiqini doğru sayaraq bunu ölkədə yeni terror aksiyalarının qarşısının alınmasının zəruriliyi ilə əsaslandırıb. O, İranda keçirilmiş prezident seçkilərindən söz açaraq bu seçkilərin ədalətli olmadığını bəyan edib. C. Buş B. Obamanı İran rejiminə yumşaq münasibət bəsləməkdə qınayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR