Bank Of Baku

Kaliforniya qubernatoru Arnold Şvartseneqqerin vertolyotu qəzaya uğrayıb

Kaliforniya qubernatoru Arnold Şvartseneqqerin vertolyotu qəzaya uğrayıb
# 20 iyun 2009 08:06 (UTC +04:00)
Kaliforniya-APA. Kaliforniya qubernatoru Arnold Şvartseneqqerin vertolyotu qəzaya uğrayıb. APA-nın məlumatına görə, qubernatorun olduğu vertolyotda pilot kabinəsində qəfil tüstülənmə müşahidə olunub, bu səbəbdən vertolyotun məcburi eniş etməsinə qərar verilib. Şvartseneqqerin təyyarəsi yerli vaxtla 18.00-da Santa-Moniki aeroportuna enməli olsa da, nəzərdə tutulmuş vaxtdan 10 dəqiqə əvvəl pilot dispetçer xidmətinə kabinədə tüstülənmə olduğu barədə məlumat verib. Bu səbəbdən vertolyotun Los-Anceles aeroportuna məcburi eniş etməsi qərarlaşdırılıb. Vertolyot uğurla eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb, Arnold Şvartseneqqer baş verənləri “kiçik macəra” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR