Bank Of Baku

Metroda iki qatar toqquşub, xeyli sayda ölən və yaralanan var

Metroda iki qatar toqquşub, xeyli sayda ölən və yaralanan var
# 23 iyun 2009 07:10 (UTC +04:00)
Ölənlərdən biri qatarın maşinisti olan qadındır. Ölənlərin sayının artacağı ehtimal olunur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qəza yerli vaxtla saat 5.00-da (Bakı vaxtı ilə iyunun 23-də saat 02.00-da), sərnişinlərin metroda sıx olduğu vaxt baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan qatar relsdən çıxaraq digər qatarla toqquşub.

Metropolitenin rəhbərliyindən bildirilib ki, hərəkətdə olan qatar eyni yolda dayanmış qatara çırpılıb. Hərəkətdə olan qatarın vaxtında maşinist tərəfindən dayandırılmamasının səbəbi hələlik məlum deyil. Hadisə yerində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR