Bank Of Baku

ABŞ-ın vitse-prezidenti: “İsrail İrana zərbə endirmək istəsə, ona mane olmayacağıq”

ABŞ-ın vitse-prezidenti: “İsrail İrana zərbə endirmək istəsə, ona mane olmayacağıq”
# 06 iyul 2009 09:22 (UTC +04:00)
Bakı – APA. “İranın nüvə təhlükəsinin aradan qaldırılması üçün hərbi müdaxilənin vacibliyinə inanması halında İsrailin yolunu kəsmərik”. APA-nın xəbərinə görə, bu sözləri ABC televiziyasının “This Week” proqramına müsahibəsində ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib. O bildirib ki, ABŞ müstəqil bir dövlətə göstəriş verə bilməz və İsrail istər İran, istərsə də digər məsələlərdə özü üçün ən yaxşı qərarı özü qəbul edəcək.

Bu arada Böyük Britaniyada nəşr olunan “The Sunday Times” qəzeti İsrailin İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün Səudiyyə Ərəbistanının hava məkanından istifadə edəcəyini yazıb. Qəzetin xəbərinə görə, İsrailin kəşfiyyat təşkilatı – MOSSAD-ın rəhbəri Meyr Daqan bu ilin əvvəllərində Səudiyyə rəhbərliyi ilə danışıqlar apararaq razılığa gəlib. Ancaq İsrail hökuməti bu məlumatı təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR