Bank Of Baku

Maykl Ceksonla vida mərasimi keçirilib - FOTO

Maykl Ceksonla vida mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 08 iyul 2009 07:57 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Los-Anceles şəhərindəki “Staples Center” idman-əyləncə mərkəzində iyunun 25-də vəfat etmiş dünya pop musiqisinin kralı Maykl Ceksonla vida mərasimi keçirilib. APA-nın xəbərinə görə, müxtəlif ölkələrin çoxlu sayda televiziya kanalı mərasimi canlı yayımlayıb. Mərasim Nyu-York, London, Tokio, Melburn kimi iri şəhərlərin kinoteatrlarında və meydanlarında quraşdırılmış iri ekranlardan da nümayiş etdirilib. Tədbirə mərhumun ailə üzvləri, dostları, idman və şou-biznes aləminin məşhur simaları – ümumilikdə 17 mindən çox adam qatılıb. Biletlər pulsuz olub və müraciət edən 1,6 milyon şəxs arasından təsadüfi seçimlə seçilmiş şəxslərə verilib. M. Ceksonun 25 min dollara hazırlanmış və üzərində qızıl olan tabutunu zala mərhum sənətçinin simvoluna çevrilmiş ağ əlcəklər geymiş qardaşları gətirib. Mərasimin əvvəlində tədbirə qatıla bilməyən Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela və məşhur müğənni Dayana Rossun başsağlığı mesajları oxunub. Bədii hissəsini Maykl Ceksonun “İ’ll Be There” mahnısını oxuyan Meray Keri və Trey Lorens açıblar. Qardaşı Cermeyn Cekson mərhumun sevimli “Smile” mahnısını ifa edib. Lionel Riçi, Cennifer Hadson, Stivi Uander və Aşer də öz ifaları ilə kralı yad ediblər. Qara dərili amerikalıların hüquqları uğrunda məşhur mübariz Martin Lüter Kinqin eyni adlı oğlu, məşhur basketbolçular Kobi Braynt, Mecik Conson, aktrisa Bruk Şilds və “Motown” səsyazma studiyasının yaradıcısı Berri Qordi də səhnəyə çıxıblar. Matəm mərasiminin finalında Cekson ailəsinin üzvləri və bütün iştirakçılar mərhumun ən məşhur kompozisiyalarından olan “Heal the World”u oxuyublar. M. Ceksonun üç övladı – qızı Peris Maykl Ketrin, oğulları Prins Maykl və Prins Maykl II də səhnədə olublar. 11 yaşlı P. M. Ketrin “atam dünyanın ən yaxşı atası idi, onun üçün darıxıram”, deyərək göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Maykl Cekson hələ dəfn olunmayıb. Onun nə zaman və harada dəfn ediləcəyi hələlik gizli saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR