Bank Of Baku

Məşhur futbolçu Romario həbs olunub

Məşhur futbolçu Romario həbs olunub
# 15 iyul 2009 08:03 (UTC +04:00)
Braziliya-APA. Əfsanəvi braziliyalı futbolçu Romario aliment ödəmədiyinə görə həbs olunub. APA-nın məlumatına görə, futbolçunun sabiq həyat yoldaşı Monika Santorunun Romariodan nə qədər pul tələb etdiyi açıqlanmır. Artıq futbolçu vəkillərinə ilk nikahdan dünyaya gəlmiş oğlu və qızına ödədiyi alimentlərlə bağlı arayışları məhkəməyə təqdim etməyi tapşırıb. Qeyd edək ki, 2004-cü ildə Romario aliment ödəmədiyinə görə saxlanıb, lakin bir neçə saatdan sonar azadlığa buraxılıb. 1994-cü ildə Braziliya yığmasının tərkibində dünya çempionu olan Romario həmin il turnirin ən yaxşı futbolçusu seçilib. 2007-ci ilin aprelində 1000-ci qolunu vuran futbolçu ötən il idman karyerasını bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR