Bank Of Baku

Dostları: “Maykl Cekson narkotik qəbul edir və daim intihar etməyi düşünürdü”

Dostları: “Maykl Cekson narkotik qəbul edir və daim intihar etməyi düşünürdü”
# 15 iyul 2009 17:06 (UTC +04:00)
Bakı – APA. Maykl Cekson son aylarında özü ilə ölümünü düşünərək yazdığı kağız parçası gəzdirirmiş. APA-nın “Daily Star” qəzetinə istinadən verdiyi məlumata görə, pop kralının dostları onun narkotik vasitələrdən istifadə etdiyini və son 10 il ərzində daim intihar etməyi düşündüyünü deyiblər. Onlar bildiriblər ki, sənətçinin maraqlı şəxslərin təzyiqi ilə Londonda 50 konsert proqramı verməsinə dair imzaladığı müqavilə onun səbr kasasını dolduran son damla olub. İddiaya görə, böyük miqdarda borcu olan M. Cekson bu cür problemlərlə yaşamaq istəmirmiş. Dostlarından biri bildirib ki, Maykl tez-tez həyatdan cavan gedəcəyini söyləyirmiş: “O, ölümünü düşünərək qeydlər edir və sonra onu cırıb atırdı. Yazdığı bu qeydlərdən birini özü ilə gəzdirirdi və tez-tez oxuyurdu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR