Bank Of Baku

Üsamə bin Ladenin oğlunun öldürüldüyünə dair məlumat yayıb

Üsamə bin Ladenin oğlunun öldürüldüyünə dair məlumat yayıb
# 23 iyul 2009 07:57 (UTC +04:00)
Bakı – APA. “Əl-Qaida” beynəlxalq terror şəbəkəsinin lideri Üsamə bin Ladenin oğullarından biri – yaşı 30-dan aşağı olan Saad bin Laden çox güman ki, ABŞ ordusunun raket zərbəsi nəticəsində ölüb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “National Public” radiosunun saytında ABŞ xüsusi xidmət orqanlarının adının çəkilməsini istəməyən əməkdaşına istinadən məlumat yayılıb. Kəşfiyyat nümayəndəsinin gümanına əsasən Saad bin Laden bu il ərzində ABŞ-ın pilotsuz “Predator” təyyarəsinin “Hellfire” raketi vasitəsilə endirdiyi zərbə nəticəsində öldürülüb. Ancaq o, Saadın öldüyünə dair sübut olmadığını da etiraf edib. Çünki analiz aparmaq üçün cəsəd fraqmentləri tələb olunur ki, bu da amerikalıların əlində yoxdur. Bununla yanaşı, ABŞ kəşfiyyatı 80-85% əmindir ki, Saad ölüb. Radioya açıqlama verən şəxs bildirib ki, raket zərbəsinin hədəfi əslində Saad bin Laden olmayıb:” Sadəcə olaraq o, lazım olmayan anda lazım olmayan yerdə olub”. Saad bin Ladenin terror şəbəkəsinin fəal üzvü olmadığını vurğulayan kəşfiyyat təmsilçisi deyib ki, bu şəxsi önəmli edən amil onun soyadıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR