Bank Of Baku

Tarzan filmlərində Ceyn rolunu ifa edən Brenda Coys vəfat edib

Tarzan filmlərində Ceyn rolunu ifa edən Brenda Coys vəfat edib
# 23 iyul 2009 08:09 (UTC +04:00)
Bakı – APA. Tarzan haqqında çəkilən filmlərdə Ceyn rolunu ifa edən Hollivud aktrisası Brenda Coys 92 yaşında vəfat edib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ömrünün son illərini Santa-Monika şəhərindəki qocalar evində keçirən B. Coys elə orada keçinib.

Əsl adı Betti Leabo olan Brenda Coys kino karyerasına 1939-cu ildə başlayıb və 6 il ərzində ikinci dərəcəli filmlərdə oynayıb. O, 1945-ci ildə “Tarzan və amazonkalar” filmində Conni Vaysmüllerin tərəf-müqabili olduqdan sonra məşhurlaşıb. C. Vaysmüller və B. Coys 1946-1948-ci illərdə Tarzan haqqında daha üç filmə çəkiliblər. 1946-cı ildə B. Coys Leks Barkerlə birlikdə “Tarzanın sehrli fontanı” filmində baş rola çəkilib. Bu film aktrisanın kino karyerasında sonuncu film olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR