Bank Of Baku

The Observer: “Corc Buş qlobal istiləşmə haqqında məxfi materialları gizlədib”

The Observer: “Corc Buş qlobal istiləşmə haqqında məxfi materialları gizlədib”
# 28 iyul 2009 13:05 (UTC +04:00)
Vaşinqton – APA. “Corc Buşun gizlətməyə çalışdığı məxfi materiallar qlobal istiləşməni isbatlayır”. APA-nın məlumatına görə, Britaniyanın “Observer” qəzeti bu gün bu başlıqla çıxıb. Qəzetdə Alyaska sahilləri yaxınlığında Çukot dənizinin akvatoriyasını əks etdirən iki fotoşəkil dərc olunub. Şəkillər bir il fərqlə çəkilib. Fotolarda buz örtüyünün bir kilometr geri çəkildiyi aşkar görünür. Hərbi ekspertlərin fikrincə, intensiv iqlim dəyişiklikləri bəşəriyyət üçün terrorizmdən də dağıdıcı ola bilər. Məqalə müəllifləri bildirir ki, Buş administrasiyası bu sənədləri vaxtında dərc etməyib. İndiki prezident Barak Obama isə qlobal istiləşmə ilə mübarizə məsələsinə daha çox diqqət ayırdığından həmin məxfi materiallar ictimaiyyət üçün açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR