Bank Of Baku

Maykl Ceksonun şəxsi həkimi ölümündən əvvəl ona güclü ağrıkəsici verdiyini etiraf edib

Maykl Ceksonun şəxsi həkimi ölümündən əvvəl ona güclü ağrıkəsici verdiyini etiraf edib
# 29 iyul 2009 15:59 (UTC +04:00)
Bakı – APA. Maykl Ceksonun şəxsi həkimi istintaqa ifadəsində sənətçinin öldüyü gün ona güclü ağrıkəsici (“Propofol”) verdiyini etiraf edib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, pop kralının şəxsi həkimi Konrad Mürrey M. Ceksona rahat yata bilməsi üçün dərman verdiyini deyib. M. Cekson dərmanı qəbul etdikdən sonra K. Mürrey onun otağını tərk edib. Bir qədər sonra geri dönən həkim onun keçindiyini görüb.

Qeyd edək ki, polis iyulun 28-də K. Mürreyin evində axtarış aparıb. Daha əvvəl də həkimin Las-Veqas və Hyustondakı ofisində axtarış aparılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR