Bank Of Baku

ABŞ bu il Rusiyada demokratiyanın inkişafı və insan haqlarının qorunmasına 29 milyon dollar ayıracaq

ABŞ bu il Rusiyada demokratiyanın inkişafı və insan haqlarının qorunmasına 29 milyon dollar ayıracaq
# 31 iyul 2009 08:10 (UTC +04:00)
Bakı - APA. ABŞ bu il Rusiyada demokratiyanın inkişafı və insan haqlarının qorunmasına 29 milyon dollar ayıracaq. APA-nın “RİA Noivosti”yə istinadən verdiyi məlumata görə, bunu dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon açıqlayıb. O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsində Rusiya ilə təhlükəsizlik sahəsində münasibətlərə həsr olunmuş dinləmələrdəki çıxışında ABŞ-ın həm ölkə daxilində, həm də bütün dünyada, o cümlədən Rusiyada universal hüquq və azadlıqları dəstəklədiyini söyləyib: “Biz hüquq müdafiəçilərinə daimi yardımı zəruri sayırıq. Bu il hökumətimiz Rusiyada demokratiya və insan haqlarının inkişafına ümumilikdə 29 milyon dollar ayırır. Bu vəsaitin böyük hissəsi vətəndaş cəmiyyətinin, müstəqil medianın və qanunun aliliyinin möhkəmlənməsinə sərf olunacaq”.

F. Qordon Rusiyada hüquq müdafiəçisi Natalya Estemirovanın öldürülməsinə də toxunub: “Bu faciə bizə Rusiyada vətəndaş cəmiyyətinin üzləşdiyi təhlükələri bir daha xatırladır və Rusiya ilə vətəndaş cəmiyyəti mövzusunda ikitərəfli müzakirələrimizdə irəliləyiş əldə etməyin nə qədər vacib olduğunu ortaya qoyur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR