Bank Of Baku

BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib

BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib
# 04 avqust 2009 08:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik Böyük Britaniyaya keçib. APA-nın BMT-nin xəbərlər saytına istinadən məlumatına görə, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan təşkilata avqustun 1-dən Böyük Britaniya rəhbərlik edir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik üzv dövlətlər tərəfindən ingilis əlifbasının sırası ilə növbəlilik prinsipi əsasında həyata keçirilir. TŞ-nın 15 üzvü var. Çin, Fransa, Rusiya Federasiyası, Böyük Britaniya və ABŞ TŞ-nın daimi üzvləridir. Digər 10 üzv isə BMT Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir. Hər il onlardan beşi əvəzlənir.
Təhlükəsizlik Şurası BMT-nin yeganə orqanıdır ki, onun qərarları məcburi xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR