Bank Of Baku

Sentyabrın 24-də ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Sentyabrın 24-də ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək
# 06 avqust 2009 08:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ BMT Təhlükəsizlik Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsini planlaşdırır. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suzan Rays məlumat verib.
Xanım Rays bildirib ki, sentyabrın 24-də ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə keçiriləcək iclas nüvə silahının yayılmaması və ixtisarı məsələlərinə həsr olunacaq.
Qeyd edək ki, sentyabrda BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-a keçəcək.
S.Rays qeyd edib ki, BMT Təhlükəsizlik Şurası nüvə silahının yayılmasının və istifadəsinin qarşısının alınmasında mühüm rol oynayır: “Yaxın bir neçə həftə ərzində biz Təhlükəsizlik Şurasının üzv dövlətləri ilə birgə bu vacib görüşün hazırlanmasında sıx əməkdaşlıq edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR