Bank Of Baku

ABŞ-dakı həbsxanaların birində qiyam baş verib

ABŞ-dakı həbsxanaların birində qiyam baş verib
# 10 avqust 2009 07:06 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının cənubunda yerləşən həbsxanaların birində qiyam baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Los-Anceles yaxınlığında - Çino şəhərindəki həbsxanada baş verən qiyam avqustun 8-dən 9-na keçən gecə başlayıb.
Dörd saat davam edən qiyamda 1300 məhbus iştirak edib. Qiyam yatırılarkən 250 nəfərdən artıq şəxs yaralanıb. Onlardan 55-nin vəziyyəti ağırdır. Məlumata görə, yaralılar arasında həbsxana əməkdaşları yoxdur.
ABŞ hüquq-mühafizə orqanları qiyamın səbəbləri barədə açıqlama vermir. Araşdırmalar başa çatanadək məhbusların yaxınları ilə görüşünə qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR