Bank Of Baku

Kosta-Rika prezidenti “donuz qripi”nə yoluxub

Kosta-Rika prezidenti “donuz qripi”nə yoluxub
# 12 avqust 2009 07:28 (UTC +04:00)
67 yaşlı Kosta-Rika prezidenti öz rezidensiyasında müalicə alır və ən azı 7 gün yaxın ətrafından təcrid olunmuş vəziyyətdə saxlanacaq. Bununla belə, bronxial astmadan da əziyyət çəkən prezident səlahiyyətlərini heç kimə verməyəcək.
Qeyd edək ki, Nobel mükafatı laureatı O.Arias son vaxtlar Hondurasdakı siyasi böhranın aradan qaldırılmasına çalışır, bu ölkənin devrilmiş prezidenti Manuel Selayi və dövlət başçısının səlahiyyətlərini icra edən Roberto Miçeletti arasındakı danışıqlarda vasitəçi rolunda çıxış edirdi.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, avqustun 7-nə Kosta-Rikada 755 nəfər “donuz qripi”nə yoluxub. Onlardan 25 nəfəri vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR